Sumqayıtda sakinlərin nəqliyyat kartlarındakı pulu kim mənimsəyir? - AÇIQLAMA


Sumqayıtda fəaliyyət göstərən 9 nömrəli marşrut xəttindən istifadə edən sərnişinlər, onlara 2 manata satılan nəqliyyat kartlarında əvvəlkindən fərqli olaraq sadəcə 30 qəpik balansın olduğunu iddia edirlər.
Bu barədə Yeniavaz.com-a məlumat verən sərnişinlər bildiriblər ki, sözügedən kartların balansında elə satıldığı məbləğ qədər, yəni 2 AZN balans olmalı idi və kartlar istifadəyə verilən zaman bu, belə idi. Lakin onlar iddia edirlər ki, son vaxtlar alınan nəqliyyat kartlarında 2 yox, 0,30 azn balans olur.
Məsələ ilə bağlı “Sumqayıt Nəqliyyat” MMC-dən Yeniavaz.com-a açıqlama verərək, bu iddianı səsləndirən sakinlərin yalan danışdığını deyiblər:
“Belə bir şey mümkün deyil, yalan danışırlar. O kartlar PAŞA Bankdan gəlir və bütün təminatı PAŞA Bank verir. Kartlar bağlı şəkildə gəlir və hamısında 2 manat bonus olur”.
PAŞA Bankdan isə Yeniavaz.com-a məsələnin araşdırılacağını bildirdilər.
Qeyd edək ki, bir müddət əvvəl PAŞA Bank, “Visa”  və "Sumqayıt Nəqliyyat” MMC Sumqayıt şəhərində ictimai nəqliyyatda ilk dəfə olaraq gediş haqqının təmassız ödəniş kartları və NFC cihazları ilə ödəmə sistemini təqdim edib. Xüsusi ödəniş terminalları hələlik sadəcə 9 saylı marşrut üzrə hərəkət edən şəhər avtobuslarında quraşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top