Bəzi dövlət qurumlarının saytında MTN hələ də "yaşayır" - Niyə silmirlər?

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv olunmasından 1 ildən çox vaxt ötür. Belə ki, Prezident İlham Əliyev 2015-ci ilin dekabr ayının 14-də Milli Təhlükəsizlik Nazirliyinin əsasında iki qurumun yaradılması barədə fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Hazırda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ayrıca saytı da fəaliyyət göstərir: www.dtx.gov.az.

Yeniavaz.com xəbər verir ki, MTN ləğv olunsa da, bəzi nazirliklərin, icra hakimiyyətlərinin dövlət qurumlarının elektron səhifəsində onun saytı "Dövlət qurumlarının rəsmi saytları" bölməsində hələ də göstərilir.

Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun saytında "Azərbaycan Respublikasının Dövlət orqanlarının rəsmi saytları" siyahısında MTN-nin www.mns.gov.az saytı da göstərilir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Nəsimi və Xəzər rayon icra hakimiyyətlərinin saytlarında da dövlət orqanlarının rəsmi saytları sırasında sabiq MTN-nin www.mns.gov.az saytı yer alıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top