Əcnəbilər banklara 226 milyon əmanət qoyub, bir ay sonra 157 milyonunu geri götürüblər


Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı əmanətlərinin həcmi 126,3 milyon manat olub.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, əmanətlərin 40,4 milyon manatı milli valyutada, 85,9 milyon manatı xarici valyutada yerləşdirilib.
Ötən ilin əvvəlindən ötən dövr ərzində əcnəbilərin banklardakı əmanətlərinin həcmi 8,7% və ya 12,1 milyon manat azalıb. Azalma yalnız xarici valyutada yerləşdirilən əmanətlər üzrə qeydə alınıb. Belə ki, əcnəbilərin xarici valyutada yerləşdirdikləri əmanətlərinhəcmi son bir ildə 105,1 milyon manatdan 85,9 milyon manata düşüb. Manatla yerləşdirilən əmanətlər isə 33,3 milyon manatdan 40,4 milyon manata yüksəlib.
Məlumat üçün bildirək ki, ötən ilin fevral ayında əcnəbilər Azərbaycan bankların xarici valyutda böyük həcmdə əmanət yerləşdiriblər. Təkcə bir ay ərzində (fevral) əcnəbilər banklara 225,8 milyon manat əmanət qoyublar. Sonrakı aylarda əmanətlərin həcmi azalmağa başlayıb.
Qeyd edək ki, mart ayının əvvəlindən başlayaraq Azərbaycanda COVİD 19 virusu yayılmağa başlayıb. Koronavirusun yayılmağa və bu səbəbdən də məhdudiyyətlərin tətbiq olunmağa başladığı mart ayında əcnəbilər banklardan 157,2 milyon manatlıq (xarici valyutada) əmanətlərini geri götürüblər.

DİGƏR XƏBƏRLƏR

Top