Sosial şəbəkələrdə şikayət edilməsi düşmən dəyirmanına su tökmək deməkdir - Nazirlikdən AÇIQLAMA


“Son zamanlar səfərbərlikdən xidmətə çağrılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri öz müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Həmin müraciətlər anonim olduğundan biz onlara köməklik edə bilmirik”.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
“Həmin şəxslərə bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki komissiyaya yazılı və şifahi formada müraciət etmələri kifayət edir. Sosial şəbəkələrdə yayılan bu məlumatlar Müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir. Eyni zamanda bu, düşmən dəyirmanına su tökmək deməkdir”, - deyə nazirlik rəsmisi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top