Zukerberq Trampın sosial şəbəkə hesablarını 2 həftəlik dondurdu


ABŞ Prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesabları  2 həftəlik donduruldu.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Facebook”un qurucusu Mark Zukerberq öz səhifəsində yazıb:

"Son 24 saatda baş verən şok hadisələr Prezident Donald Trampın vəzifədəki qalan vaxtından iqtidarın seçilmiş varisi Co Baydenə dinc və qanuni keçidini sarsıtmaq üçün istifadə etmək istədiyini açıq şəkildə nümayiş etdirir... Bu dövrdə prezidentin xidmətimizdən istifadə etməyə davam etməsini riskli olduğuna inanırıq. Bu səbəbdən, onun "Facebook" və "Instagram" hesablarına yerləşdirdiyimiz bloku müddətsiz və hakimiyyətin dinc keçidi başa çatana qədər ən azı növbəti iki həftə uzadıram".

Xatırladaq ki, ötən gün Tramp tərəfdarları Konqres binasına hücum etmiş, yaşanan toqquşmalarda 4 nəfər həyatını itirib, Vaşinqtonda komendant saatı elan olunub.

DİGƏR XƏBƏRLƏR

Top