Con Kerri siyasətdən gedir

ABŞ dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasını başa vuracaq. Bu barədə o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib. 73 yaşlı C.Kerri 2013-cü ilin fevral ayından dövlət katibi vəzifəsində çalışır və Barak Obama administrasiyası ilə birlikdə istefaya gedəcək. Qeyd edək ki, C.Kerri təxminən 30 il ərzində Massaçusets ştatından senator olub. O, 2004-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasından namizəd olsa da, seçkilərdə ikinci müddətə dövlət başçısı seçilən kiçik Corc Buşa məğlub olub.Report

DİGƏR XƏBƏRLƏR

Top