Tikinti şirkəti sakinləri döydürüb yaşadıqları binanı ekskavatorla dağıdır - VİDEO


Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 2, mənzil 9 ünvanında yaşayan sakinlər iddia edirlər ki, “Olympus Park” tikinti şirkətinin əməkdaşları onları döyüb.
Yeniavaz.com
“Azad söz”ə istinadən xəbər verir ki, sakinlər, onlarla “idmançı”nın şirkət rəhbərliyi tərəfindən göndərilirək, onları yaşadıqları binadan çıxarmaq üçün döydüyünü bildiriblər. Lentə alınmış kadrlarda əraziyə polis əməkdaşlarının cəlb olunduğu və sözügedən ünvanda yerləşən yaşayış binasının içində sakinlər olduğu halda ekskavatorlarla söküldüyü görünür. Bina sakinləri söküntü işinə mane olmağa çalışsalar da, heç kim buna məhəl qoymur. Sakinlər iddia edirlər ki, qanunsuz söküntü işi birbaşa “Olympus Park” şirkətinin əməkdaşı Rafael Qarayev tərəfindən aparılır.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün “Olympus Park” şirkəti ilə əlaqə saxladıq. Məsul şəxsin məsələ ilə əlaqədar bizimlə əlaqə saxlayacağını bildirsələr də, şirkətdən heç kim redaksiyamızla əlaqə saxlamadı.
Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimizə cavab verən olmadı.
Sakinlərin “Olympus Park” şirkətinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar barədə məlumat almaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq, lakin yenə telefonlarımıza cavab verən olmadı.
Qeyd edək ki, kadrların sonunda polis əməkdaşları söküntü işinin dayandırıldığını bildirirlər və “Olympus Park” şirkətinin əməkdaşlarının ərazidən uzaqlaşdırıldığı görünür.

DİGƏR XƏBƏRLƏR

Top