Meksikanı talançılar dəstəsi bürüyüb

Meksikada benzinin qiymətinin 50 faiz artırılması ölkədə talanların tüğyan etməsinə gətirib çıxarıb. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, benzinin qiymətinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları ölkənin 6 ştatına mağazları talan ediblər. Talanların qarşısını almağa cəhd edən polislərdən biri isə qarətçilər tərəfindən öldürülüb. Lakin hökumət orqanları yalnız Mexiko şəhərində və İdalqo ştatında talanların baş verdiyini bildiriblər. Meksika Daxili işlər naziri Rene Xuares Sisneron talanlarla bağlı 250 nəfərin həbs edildiyi barədə mətbuata açıqlama verib. Xatırladaq ki, bu ilin yanvar ayının 1-dən Meksikada benzinin qiyməti 20 faiz bahalşaıb.

DİGƏR XƏBƏRLƏR

Top