Türkiyədə fövqəladə vəziyyət rejimi üçüncü dəfə uzadıla bilər

Türkiyə parlamenti bu həftə ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması məsələsi üzrə səsvermə keçirəcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 16-na keçən gecə hərbi çevrilişə cəhddən sonra 3 ay müddətinə tətbiq edilib, sonradan bu müddət başa çatdıqdan sonra daha 3 ay uzadılıb. Ötən il dekabrın sonunda Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan etmişdi ki, fövqəladə vəziyyət rejimi 2017-ci ilin yanvarında ləğv edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top