Qara xurma – özəlliyi, faydaları


Xurma kimilərə aid olan bitkinin meyvələri tünd yaşıl rəngli qabığı və qara rəngdə ləti ilə fərqlənir.


Bu xurma sarı xurmadan daha zəngin tərkiblidir: A, C, E və B qrup vitamini, marqans, dəmir, fosfor, sink, kalsium. Bu meyvədə B 6 vitamini digər xurmalardan 2 dəfə çoxdur.
 
Qara xurmanın faydaları:

- Dərinin elastikliyini artırır, melanin sintezini yaxşılaşdırır

- Saçların erkən ağarmasına qarşıdır

- Qanazlığında yeyilir

- Maddələr mübadiləsini yaxşılaşdırır

- Kəskin menstruasiya qanamalarını azaldır

- Uzun sürən xəstəlikdən, əməliyyatdan sonra orqanizmi bərpa edir

- Diabet və aterosklerozun qarşısını alır

- Qanı təmizləyir, tromba qarşıdır

- Qanda qlükozanı azaldır

- Orqanizmdə iltihabi prosesləri söndürür

- Sümükləri bərkidir

- Oynaqlarda artritdə faydalıdır

- B qrup vitaminləri əsəbləri, sinirləri sakitləşdirir, Menstaual sindrom ağrılarında xeyirlidir

- Arıqladır

- Həzmi yaxşılaşdırır

- Qəbizliyə qarşıdır

- Vitamin defisitində immuniteti möhkəmlədir

- Görməni itiləşdirir

- Ürək damar və əzələsini möhkəmlədir

- Beynin qan dövranını artırır

- Sonsuzluqla mübarizə aparır

Harda qara xurma görsəniz, çəkinməyin,alın dadın.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top