İraqın paytaxtı Bağdadda ardıcıl törədilən iki partlayış nəticəsində azı 18 nəfər ölüb, 38 yaralanıb. “RİA Novosti” xəbər verir ki, bunu yerli polis bildirib. Partlayış paytaxtın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində törədilib. Məlumata görə, əvvəlcə bir partlayış olub, oradakı adamlar qaçmağa başlayıb. Bu zaman ikinci partlayış törədilib. Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.APA