Bu il dövlət hesabına 1000-ə yaxın ürək əməliyyatı aparılıb

Bu gün Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.İclasda Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, bu il bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunub. Nazırlər Kabinetinin qərari ilə “2017-2021–ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edildiyini bildirən şöbə müdiri deyib ki, qeyd olunan proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, 2017-ci ildən başlayaraq xəstələrin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaradacaq: "Son 2 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır. 2016-cı ildə dövlət hesabına 956 xəstədə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 265 uşağa 219 acıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Bunlardan 104-ü 1 yaşa qədər, ən kiçiyi isə 2 aylıq olub. Bu il ərzində Azərbaycan Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparıldığını bildirib”.

Nazirlik rəsmisi qeyd edib ki, 2016-cı ildə həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsi davam etdirilib. Cari ildə keçirilmiş imtahanlar nəticəsində 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunduğunu deyə G.Poladov qeyd edib ki, onlardan 171 nəfəri respublikanın müxtəlif regionlarında işlə təmin olunub: “2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin sayı 332 olub. Onlardan 271 həkim təyinatla iş yerlərinə göndərilib.Hazırda Səhiyyə Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 39-a çatdırılıb. 2016-cı il ərzində elektron xidmətlərə 100000-dən çox müraciət qeydə alınıb”.

DİGƏR XƏBƏRLƏR

Top