"Borcu internet üzərindən ödəyənlərin işığı kəsilir?" - "Azərişıq" təkzib edir

"Azərişığın" yeni hoqqası - qapını döyüb deyirlər ki, borcu internet üzərindən ödəsəniz, enerji təchizatı dayandırılacaq. "Qaynar Xətt"ə zəng edirəm, məlumat mərkəzi cavab verə bilmir". Yeniavaz.com saytı xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, bir dəfə də internet üzərindən ödəniş edəndən sonra mənzilinə elektrik enerjisinin verilişi dayandırılıb: "İndi də deyirlər ki, ancaq poçta ödəyin. Maraqlıdır. Mənim kommunal xərclər üçün poçta getməyim yadıma gəlmir. Hamısını internet üzərindən edirəm".

Yeniavaz.com saytı səsləndirilən ittihamlarla bağlı məsələyə aydınlıq gətirmək üçün "Azərişıq" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev səsləndirilən ittihamları təkzib edib: "Sahib Məmmədov deyir ki, mən elektrik enerijisindən istifadəyə görə ödəniş haqqını internetdən ödəyirəm, ancaq borcu silinmir. Milyonlarla adam işıq pulunu onlayn ödəyir. Niyə hamınınkı düşür, onun ödədiyi düşmür? Mən ona bildirdim ki, abonent kodunu desin, araşdıraq görək həqiqətən, belə bir şey varmı? Amma kodunu demədi. Onlayn ödəmə insanların rahatlığı baxımından çox əhəmiyyətlidir. Mən özüm də onlayn yolla ödəmələr edirəm və heç bir problem yoxdur. Belə bir şey ola bilməz. Onlayn ödəmə abonentlərin rahatlığı üçündür, evdə, işdə oturur və rahat ödəyir. Odur ki, narahatlığa heç bir əsas yoxdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top