Prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında Qafqaz bölgəsində birgə Hava Hücumundan Müdafiə sistemi (HHM) yaradılması barədə iki ölkə arasında imzalanan sənədi təsdiq edib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə bununla da Rusiya ilə Ermənistan arasında birgə hava hücumundan müdafiə sisteminin yaradılması barədə anlaşma qüvvəyə minmiş olub. Xatırladaq ki, 2015-ci ilin dekabr ayının 23-də tərəflər arasında imzalanan anlaşmaya əsasən Ermənistan və Rusiya HHM sahəsində birgə tədbirlər həyata keçirəcəklər. Birgə hava hücumundan müdafiə sisteminə Rusiyanın Cənub hərbi dairəsi komandanı rəhbərlik edəcək. Anlaşma çərçivəsində ildə bir neçə dəfə hava hücumundan müdafiə təlimlərinin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə Rusiya HHM güclərini ən müasir silahlarla təmin etməyi öz öhdəsinə götürüb. Hərbi ekspertlərin fikrincə Ermənistan belə bir addım atmaqla özünün hava sərhədlərinin təhlükəsizliyini Rusiyanın hesabına təmin etmək niyyətindədir.