“Gəncəyə ilk raket atılandan bu günədək oradakı qadınlar paltarla yatır”


"Müharibə qadınlar üçün daha dəhşətlidir. Xüsusən də əxlaqı həyatından da qiymətli olan Azərbaycan qadını üçün. Gəncəyə ilk raket atılandan bu günədək oradakı qadınlar paltarla yatır. Birdən gecə ölərik, üst-başımız açıq qalmasın".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri jurnalist  Könül Cəfərli yazıb.
Həmin yazını təqdim edirik:
“Ölməkdən daha çox abırlarından qorxurlar.
Bibim qızı deyir:
“O gündən hər axşam yatmağa xüsusi hazırlaşırıq. Yaxası, qolları qapalı paltarımızı geyinirik. İki kofta üst-üstə ki, birdən üstəki cırılar, altdakı qalsın, cəsədimizi götürənlərin yanında xəcalət olmayaq. Cavan gəlinlər şalvarda yatır, şalvar daha qapalıdır. Donun altından şalvar geyinənlər də var”.
Maraq üçün Gəncədəki başqa qohumlar, tanışlarla da danışdım. Hamısı eyni sözü dedi:
“Yenə biz cavanıq, qoca qadınlar da ölümə belə hazırlaşır. Gülsüm nənənin 78 yaşı var, hər axşam deyir, ay bala, məni də yaxşı geyindirin”.
Ölümə də abırla hazırlaşan, ölməkdən çox həyasının itməyindən qorxan Azərbaycan qadını, Qarabağda zəfərdən-zəfərə yüyürən igid əsgəri yalnız sən doğub böyüdə bilərsən!".

DİGƏR XƏBƏRLƏR

Top