Rusiya XİN Astanada Suriya üzrə danışıqlarda kimlərin iştirak edəcəyinə aydınlıq gətirib

Suriya münaqişəsinin nizamlanması üzrə Astanada keçiriləcək danışıqlarda silahlı müxalifətin və siyasi qrupların iştirakı gözlənilir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, bununla belə, danışqlar üzrə müxalif Ali komitənin iştirakı barədə danışqmaq hələ tezdir. M. Zaxarova qeyd edib ki, hazırda dəvətlərin göndərilməsi prosesi deyil, həmin görüşə yanaşma və konsepsiyasının formalaşdırılması gedir: “İştirakçıların sayı, tərkibi hələ müəyyənləşdirilməyib, bu hazırda işlənilir və müəyyənləşdirilir. Bu prosesdə müəyyən hərəkət istiqamətləri var: silahlı müxalifət deyilən silahlı qruplaşmalar tərkibin əksər hissəsini təşkil edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top