Nəcməddin Sadıqovu əvəz edən zabitimiz erməni generalın yanında durmaqdan imtina etdi - FOTO


MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin növbəti iclası bu gün Səmərqənddə (Özbəkistan) öz işinə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edir.
Görüşdən əvvəl baş qərargah rəisləri xatirə şəkili çəkdiriblər. Görüş iştirakçları əlifba sırası ilə dayanmağa məcbur olublar və bu zaman Azərbaycanla Ermənistanın nümayəndələri yan-yana düşüb. Belə olan halda Azərbaycan nümayəndəsi Ermənistan nümayəndəsi ilə arasında məsafə saxlayaraq ondan aralı dayanıb.
Qeyd edək ki, əvvəllər MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin iclaslarında Azərbaycanı general-polkovnik Nəcməddin Sadıqov təmsil edirdi.

DİGƏR XƏBƏRLƏR

Top