Ən çox silah satan ölkələr məlum oldu

Dünya silah bazarında ən çox silah satan ölkələrin adları açıqlanıb. “New York Times” xəbər verir ki, ilk pillədə ABŞ qərarlaşıb. Ötən il ərzində bu ölkə dünya ölkələrinə 40 milyard dollar silah satıb. Bu bütün silah sövdələşmələrinin təxminən yarsını təşkil edir. 2015-ci ildə ABŞ-ın ən çox silah satdığı ölkələr Cənubi Koreya, Qətər, İraq və Səudiyyə Ərəbistanıdır.


İkinci ən çox silah satan ölkə isə Fransadır. Bu ölkə ötən il 15 milyard dollarlıq silah satışı gerçəkləşdirib və 2014-cü illə müqayisədə 9 milyard dollar artım nümayiş etdirib.


Rusiya reytinqdə 3-cü pillədə qərarlaşıb. 2014-cü illə müqayisədə silah satışışı 100 milyon dollar azalsa da, 2015-ci ildə Moskva öz müttəfiqlərinə 11,1 milyard dollar silah tədarükü görüb. Rus silahını ən çox alan ölkə isə Venesuela olub.

2015-ci ildə 6 milyard dollar silah satan Çin isə 4-cü ən böyük silah ixracatçısı olub. İlk onluqda İsveç, İtaliya, Almaniya, Türkiyə, Böyük Britaniya və İsrail də yerləşib.

Ən çox silah alan ölkələrə gəlincə, 2015-ci ildə Qətər 17 milyard dollar, Misir 12 milyard dollar və Səudiyyə Ərəbistanı isə 8,1 milyard dollar silah alaraq ilk üçlükdə qərarlaşıb.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top