
Əslən azərbaycanlı Rəşid İsmayılov "Beeline"nın prezidenti seçilib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, "VimpelCom" ("Beeline" brendi) mobil operator direktorlar şurasının keçirdiyi iclasda şirkətin prezidenti, Rusiyada Rabitə nazirinin keçmiş müavini kimi çalışmış Rəşid İsmayılov seçilib.
Qeyd edək ki, 1965-ci ildə Bakıda anadan olan Rəşid İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər Rusiyada Rabitə nazirinin müavini olub, daha sonra Rusiyada Nokia şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən, Runet Davamlı İstismar Qanunu çərçivəsində Trafik filtrləmə sistemlərini tətbiq edən Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi (DCAA) şirkətinə rəhbərlik edib.