Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Yeniavaz.com xəbər verir ki, brifinqdə qeyd olunub ki, 2 həftə ərzində ölkədə sərt karantin rejimi tətbiq olunacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. L. Abdullayeva deyib ki, 21 iyun saat 00-dan 5 iyul saat 6.00-dək ciddi karantin rejimi tətbiq olunacaq: “Bakı,Sumqayıt, Cəlilabad, Abşeron, Gəncə şəhəri üzrə ciddi karantin rejimi tətbiq olunacaq”.