"Semaşko" ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


1 saylı Kliniki Tibbi Mərkəzin bütün şöbələri fəaliyyətini koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək. 

TƏBİB-dən Yeniavaz.com-a verilən məlumata görə, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib: “Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.

***14:17
Paytaxtın 1 saylı Kliniki Tibbi Mərkəzi bağlanıb.

Yeniavaz.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicə prosesi aparılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top