Bahalı avtomobilər və lüks mallar üçün gömrük rüsumları artırılacaq - Nazirdən AÇIQLAMA


Azərbaycana xaricdən gətirilən bahalı avtomobilər və lüks əşyalar üçün gömrük rüsumları artırılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Fed.az" saytına maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bununla bağlı təkliflər artıq hazırdır və layihə hökumətdə müzakirə olunur.

“Bunlar əsasən lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onların daha yüsək aksizlər və vergilər nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun” – deyə nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top