Karantin rejiminin yumşaldılmasına belə qərar verilib - VİDEO


“Yoluxma hallarının təkrar artacağı halda Operativ Qəraragah rejimin yenidən sərtələşdirilməsi haqqında qərar qəbul edə bilər”.

Bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin üzvləri ilə bu gün keçirdiyi videomüşavirədə deyib. O bildirib ki, başqa ölkələrə müqayisədə nail olduğumuz müsbət nəticələr və cənab prezidentin səyləri, vətəndaş və dövlət həmrəyliyinin sayəsində mümkün olub:

“Biz birlikdə güclüyük”.

Qeyd edək ki, Operativ Qərargah COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma hallarını təhlil edib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib.

 

DİGƏR XƏBƏRLƏR

Top