Rusiyadan qorxudan koronavirus xəbərləri gəlir - Putindən AÇIQLAMA

 

Rusiyada son 24 saat ərzində 6 min 60 koronavirusa yoluxma faktı qeydə alınıb. 
Rusiya mətbuatının yazdığına görə, paytaxt Moskva şəhərində koronavirusa yoluxanların sayı son 24 saat ərzində 3 min 570 nəfər artıb. Ölkədə 361 ölüm halı qeydə alınıb ki, bunların da 48-i son 24 saatda olub.  
Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır: "Hakimiyyətin bütün qolları koronavirusla bağı vəziyyətdə ritmik, təşkilatı və məsuliyyətli çalışır. Bütün cəmiyyətimiz ümumi təhlükəsizlik qarşısında birləşir. Bunun üçün resurslarımız və ehtiyatlarımız var. Biz bunlardan istifadə edirik. Bununla yanaşı digər dövlətlərin koronavirusla mübarizədə təcrübələrini analiz edirik". 

DİGƏR XƏBƏRLƏR

Top