COVİD-19-a yoluxan türk qız danışdı - VİDEO


"Çalışın evdən çölə çıxmayın".

 
Türkiyədə koronavirusa tutulmuş qız insanlara videomüraciət edib. O bildirib ki, sabahdan etibarən ciddi müalicə alacaq:
 
"Əslində bu videonu çəkməyim nə dərəcədə doğrudur bilirəm. Ancaq verdiyimiz analizlərin nəticələri açıqlandı. Çox təəssüf ki, mən, atam və babamın koronavirus olduğu açıqlandı.
 
Sabahdan etibarən çox ciddi müalicə dönəminə giririk. Babam yaşlı olduğu üçün reanimasiyadadır. Ondan ümidimiz yoxdur. Atamla mən müalicə alacayıq”.

Gənc qız insanlara da müraciət edib: "Çalışın evdən çölə çıxmayın. Nə alsanız mütləq şəkildə yuyun. Hazırda izolyasiya otağındayam. Əlimdən heç nə almırlar. Bu virus bu qədər keçici imiş. 25 günlük müalicə dönəmim olacaq. Mənə dua edin”. 

Həmin videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top