Qaxda 23 yaşlı qız əməliyyatdan sonra ölüb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Qax rayon Xəstəxanasında baş verib.
Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı qəflətən halı pisləşib və o, ölüb.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.