Prezident millət vəkilinin oğluna general-leytenant rütbəsi verdi - SƏRƏNCAM


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com
 xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Səhət Həbibbəyli millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğludur.

DİGƏR XƏBƏRLƏR

Top