Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü - 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.
Ölənlərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.