Bakıda təcili yardımla xəstəxanaya gətirilən xəstə qəbul edilməyib? – Həkimdən AÇIQLAMA - VİDEO


Bir neçə gün öncə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında xəstənin qəbul edilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə, elə həmin videodakı həkim aydınlıq gətirib.
Klinikanın 55 yaşlı anestezioloq-reanimatoloqu Səmədov Rauf İdris oğlu Yeniavaz.com-a açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə xəstənin qəbul edilməməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Təcili tibbi yardım həmin Ağsu vətəndaşını bizim klinikaya gətirmişdi, amma haradan gəldiyindən asılı olmayaraq, o Respublika Klinik Xəstəxanasına aparılımalı idi. Ona psixoloq və nevropatoloqun birgə baxışı lazım idi. Ona görə də mən xəstənin köçürülməsi üçün icazə verdim. Mənə sual verdilər ki, yolda xəstəyə bir şey olsa cavab verəcəksiniz, mən də dedim, bəli. Çünki mən xəstənin göstəricilərini ölçüb yoxlamışdım. Və bildirmişdim ki, xəstəyə ixtisaslaşdırılmış yardım lazımdır”.
R. Səmədov bildirdi ki, Respublika Klinik Xəstəxanasında yer olmadığı üçün xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirməli olublar: “Respublika Klinik Xəstəxanasından isə bildirildi ki, orada yer yoxdur. Ona görə də həkim yoldaşım xəstəni bizim xəstəxanaya yerləşdirdi. Videoda səsləndirilən beyinə qan sızması məsələsi isə öz təsdiqini tapmayıb. Mən həmin xəstənin yoldaşı ilə də söhbət etdim və ona vəziyyəti başa saldım. Xəstənin vəziyyəti də dərin müalicə tələb edən vəziyyət deyildi. Problem nevroloji yox, psixoloji idi”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının aidiyyatı şöbələri ilə əlaqə yaratmağa çalışsaq da bütün zənglərimiz cavabsız qalmışdı.

***15 dekabr, saat 21:00
Bakıda təcili yardımla xəstəxanaya gətirilən xəstə qəbul edilmir.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə videogörüntü paylaşılıb.
İddia edilir ki, təcili yardımla M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilən beyninə qan sızan xəstəni həkim qəbul etmir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.
Xəstəxanada çəkilmiş videogörüntünü təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top