Bakıda davam etməkdə olan yanğınla bağlı sürücülərə XƏBƏRDARLIQ edildi - VİDEO


3-cü mikrorayon bazarı yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamıtində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mayis Ağayev bildirib.
BNA rəsmisi qeyd edib ki, 3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur: "Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edirik. Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir".

 

DİGƏR XƏBƏRLƏR

Top