Nazir Yevlax rayonunda qəbul keçirdi - FOTOLAR

Bu gün Təhsil naziri Ceyhun Bayramov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş və Yevlax rayon sakinlərini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, dərs saatlarının bölgüsü, işə bərpa olunma, direktorların işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.


DİGƏR XƏBƏRLƏR

Top