Sabunçu bazarında yanğın söndürülüb: 1 anbar, 2 mağaza yanıb - FOTO


Sabunçu rayonunda bazarda yanğın söndürülüb

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, bazar ərazisində ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb.
Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


23.42
Bakının Sabunçu rayonunda bazarda yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.




Fotolar:APA

DİGƏR XƏBƏRLƏR

Top