Prezidentin yüksək vəzifə verdiyi 73 yaşlı Valeh Ələsgərovun TƏRCÜMEYİ-HALI


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Yeniavaz.com Valeh Ələsgərovun tərcümeyi-halını təqdim edir: 

Valeh Ələsgərov 1946-cı ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirən V.Ələsgərov Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilib. 

1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləyib. 1985-ci ildə "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildə "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildə "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olub. 1995-2005-ci illərdə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

İlk dəfə 2005-ci ildə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. 2010-cu ildə dördüncü çağırış, 2015-ci ildə isə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 

2005-ci il noyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri,Azərbaycan-Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir. 

Rus və ingilis dillərini bilir.

Evlidir, 4 övladı var.

DİGƏR XƏBƏRLƏR

Top