Azərbaycanın general-polkovnikləri - SİYAHI

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununa əsasən Azərbaycanda ən yüksək hərbi rütbə general-polkovnik və ordu generalı rütbələridir.
Yeniavaz.com xəbər verir ki, indiyı kimi Azərbaycan ordusunda ordu generalı rütbəsi daşıyan heç kim olmayıb. Yalnız prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan həqiqi dövlət ədliyyə müşaviri rütbəsi ordu generalı rütbəsinə bərabər tutulur ki, bu rütbə də indiyə kimi 2 şəxsə - sabiq baş prokurorlar İxtiyar Şirinova və Əli Ömərova verilib. Bunlardan başqa heç kim ordu generalı rütbəsinı sahib olmayıb. Prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan 1-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi isə general-polkovnik rütbəsinə bərabər tutulur.
Məlumat üçün bildirək ki, Azərbaycanda general-polkovnik hərbi rütbəsi daşıyan 15 şəxs var. 
1.  Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 
2.  Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov  
3.  Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 
4.  Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  
5.  Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev  
6.  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov 
7.  Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi, general-polkovnik Bəylər Əyyubov  
8.  Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, general-polkovnik  Namiq Abbasov 
9.  Azərbaycanın eks-müdafiə naziri, general-polkovnik  Səfər Əbiyev  
10.  Sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov  
11.  Dövlət Gömrük Komitəsinin keçmiş sədri, general-polkovnik Aydın Əliyev 
12.  Baş prokuror, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Zakir Qaralov 
13.  Ədliyyə naziri, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Fikrət Məmmədov  
14.  Sabiq Vergilər naziri, general-polkovnik (I dərəcəli dövlət vergi xidməti müşaviri) Fazil Məmmədov 
15.  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev .
 Azərbaycanda genereal-polkovnik rütbəsi daşıyan daha bir şəxs isə SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı Tofiq Ağahüseynov hesab olunur. 1923-cü ildə anadan olan Tofiq Ağahüseynov 2-ci dünya müharibəsinin iştirakçısı olub.

DİGƏR XƏBƏRLƏR

Top