Joze Mourinyo "Bavariya"nı çalışdıra bilər.
Yeniavaz.com Offsideplus.az-a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı danışıqlar gedir. Bildirilib ki, portuqaliyalı mütəxəssis Münhen klubundan müddəti 2022-ci ilin iyununa kimi olan müqavilə tələb edir. Bundesliqa təmsilçisinin 56 yaşlı çalışdırıcının bu istəyi ilə bağlı düşündüyü vurğulanıb. Klubun yığma komandaların matçları ilə əlaqədar yaranan fasilə zamanı yekun qərarı verəcəyi gözlənilir.
Qeyd edək ki, Niko Kovaç "Bavariya"nın ölkə çempionatında "Ayntraxt" 1:5 hesabı ilə uduzduğu oyundan sonra istefaya göndərilib.