Şirvan rayonunda kanalizasiya quyusuna düşərək boğulan yaşlı kişinin şəxsiyyəti məlum olub.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu, Şirvan şəhər sakini, 1948-ci il təvəllüdlü Balaşov Şahmirzə Şəfi oğludur
Qeyd edək ki, hadisə dünən axşam saatlarında şəhərin 20 Yanvar küçəsində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
23.55
Şirvanda bədbəxt hadisə baş verib.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi kanalizasiya quyusuna düşərək boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.