Ukrayna və Rusiya arasında növbəti əsir dəyişdirilməsi baş tutacaq.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski Kiyevdə Yalta Avropa Strategiyası (YES) forumunda açıqlayıb.
Onun sözlərinə görə, danışıqlar həm Minskdə həm də Normand formatında aparılacaq: “Hal –hazırda biz dəyişdiriləcək əsirlərin siyahsını tərtib edirik. Həm Minskdə həm də, Normand prosesində bu barədə razılığa gələcəyik”.
Dövlət başçısı eyni zamanda dörd ölkəni ( Ukrayna, Rusiya, Fransa və Almaniya) Normand görüşündə gözləyəcəyini qeyd edib.
Qeyd edək ki, 7 sentyabr tarixində Rusiya və Ukrayna arasında “35-ə 35” formatında əsirlərin dəyişdirilməsi baş tutmuşdu.