Ermənistanda Rusiya hərbçisinin cəsədi tapıldı


Böyüklüyünə görə Ermənistanın ikinci şəhəri olan Gümrüdəki mənzillərin birində Rusiya vətəndaşı Aleksandr Babuşkinin cəsədi tapılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, cəsədiz üzərində, sağ əlində və sağ ayağında cızıqlar aşkar olunub.
Bildirlir ki, Aleksandr Babuşkin Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı hərbi bazasında çavuş rütbəsi ilə xidmət edib.
Məlumat üçün qeyd edək ki, Rusiyanın 102 saylı hərbi bazası Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cüil tarixində keçmiş SSR Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. Rusiyanın 102 saylı hərbi bazası Ermənistanın təhlükəsizliyinə cavabdehdir.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top