Son günlər sosial şəbəkələrdə statusları ilə müzakirələrə səbəb olan vəkil Adil İsmayılov cəzalandırılıb.
Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, A.İsmayılovun həmkarının şikayəti əsasında 1 illik vəkillik fəaliyyətinin qadağan olunmasına qərar verilib.
A.İsmayılov bildirib ki, dünən Rəyasət Heyətinin iclasında iştirak etsə də, sonda qərarın verilməsindən məlumatsızdır.