İstanbul bələdiyyə sədri Ekrem İmamoğlunun yerinə qəyyum təyin edilməyəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə mətbuatına verdiyi açıqlamada Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib.
Daxili işlər naziri deyib ki, İstanbul və Ankarada bələdiyyə sədrlərinin qəyyumla əvəzlənməsi müzakirə edilmir: "Biz yalnız terrorla əlaqəsinin olduğundan şübhələndiyimiz bələdiyyə sədrlərinin yerinə qəyyum təyin edirik".