İki aylıq körpəsi olan qadını kəndirlə boğub öldürdülər - Ağsuda DƏHŞƏT ​


Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.

DİGƏR XƏBƏRLƏR

Top