Gənc qadın əvvəl körpə uşağını öldürdü, sonra intihar etdi - FOTO


Türkiyədə ağır stres keçirən qadın övladını yastıqla boğduqdan sonra özünü öldürüb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samsunda 27 yaşlı bir qadın hələlik bilinməyən səbəblərdən ağır cinayət törədib.

Beləki o, 3 həftəlik körpə uşağını yastıqla boğaraq öldürüb.

Daha sonra isə özünü asıb. Ailəsi qadından xəbər almadığı üçün yaşadığı evə gələrək dəhşətli hadisə ilə rastlaşıb.

Qadının nə üçün belə addım atdığı isə hələlik bilinmir. 

DİGƏR XƏBƏRLƏR

Top