Ukraynada deputatlar arasında dava düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın hüquq mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, hadisə Kiyevdəki restoranların birində baş verib. Dava, “Batkivşçina” fraksiyasının səkkizinci üzvü olan deputat Ruslan Boqdan və “Avropa Həmrəylik Partiyasının” yeni seçilmiş deputatı Sergey Alekseev arasında baş verib. Hadisədən sonra həkimə müraciət edən S.Alekseevin qabırğalarının əzildiyi, baş və bədənində çox saylı xəsarət aldığı müəyyən edilib.
Deputatlar arasında yaranan mübahisənin səbəbi məlum deyil. Faktla bağlı "Xuliqanlıq" maddəsi ilə cinayət işi açıla bilər.