Azərbaycan əhalinin keyfiyyətli su ilə təchizatına görə Avropa ölkələri arasında sonuncu sırada yer alır.
Yeniavaz.com Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan əhalisinin 84%-i keyfiyyətli içməli su ilə təmin olunub. Bu göstərici şəhər yerlərində 95%, kənd yerlərində isə 72% təşkil edir.
Qeyd edək ki, MDB Dövlətlərarası Statistika Komitəsi bu məlumatları Beynəlxalq Səhiyyə Təşkilatının açqıladığı rəqəmlərə istinadən hazırlayıb.
Avropanın heç bir ölkəsində bu cür aşağı göstərici qeydə alınmayıb. MDB ölkələri arasında isə yalnız Tacikistanın göstəriciləri Azərbaycanla müqayisədə aşağı olub. Digər MDB ölkələrində isə əhalinin içməli su təchizatı Azərbaycanla müqayisədə daha yaxşı təşkil edilib.
Onu da bildirək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumatda göstərilir ki, ev təsrrüfatlarının yalnız 88,7%-i su kəməri ilə təchiz olunub. Kənd yerlərində bu göstərici 75,8% olub. Kənd yerlərində içməli su ilə təmin olunmayan evlərin 4,6%-i su əldə etmək üçün 500 metrdən çox məsafə qət edirlər.
Aşağıdakı cədvəldə ayrı-ayrı ölkələr üzrə əhalinin içməli su təchizatının səviyyəsi qeyd olunub.
Ölkə üzrə (%-lə) |
Şəhər yerlərində (%-lə) |
Kənd yerlərində (%-lə) |
|
Azərbaycan | 84 | 95 | 72 |
Ermənistan | 99 | 99 | 99 |
Belarus | 98 | 98 | 99 |
Qazaxıstan | 91 | 97 | 84 |
Qırğızıstan | 87 | 97 | 82 |
Moldova | 87 | 96 | 79 |
Rusiya | 96 | 99 | 90 |
Tacikistan | 74 | 92 | 68 |
Türkmənistan | 94 | 91 | 98 |
Özbəkistan | - | 99 | - |
Ukrayna | 98 | 97 | 100 |
Avstriya | 100 | 100 | 100 |
Belçika | 100 | 100 | 100 |
Bolqarıstan | 99 | 99 | 99 |
Macarıstan | 100 | 100 | 100 |
Almaniya | 100 | 100 | 100 |
Yunanıstan | 100 | 100 | 100 |
Danimarka | 100 | 100 | 100 |
İrlandiya | 99 | 99 | 99 |
İspaniya | 100 | 100 | 100 |
İtaliya | 100 | 100 | 100 |
Kipr | 100 | 100 | 100 |
Latviya | 99 | 99 | 98 |
Litva | 97 | 100 | 93 |
Lüksemburq | 100 | 100 | 100 |
Malta | 100 | 100 | 100 |
Hollandiya | 100 | 100 | 100 |
Polşa | 98 | 99 | 96 |
Portuqaliya | 100 | 100 | 100 |
Rumıniya | 100 | 100 | 100 |
Slovakiya | 98 | 99 | 97 |
Sloveniya | 100 | 100 | 99 |
Böyük Britaniya | 100 | 100 | 100 |
Finlandiya | 100 | 100 | 100 |
Fransa | 100 | 100 | 100 |
Xorvatiya | 100 | 100 | 100 |
Çexiya | 100 | 100 | 100 |
İsveç | 100 | 100 | 100 |
Estoniya | 100 | 100 | 99 |
Braziliya | 97 | 99 | 87 |
Hindistan | 88 | 93 | 85 |
Kanada | 99 | - | - |
ABŞ | 99 | 100 | 97 |
Çin | 96 | 96 | 96 |
Yaponiya | 100 | - | - |
Cənubi Afrika Respublikası | 85 | 97 | 63 |