Ötən il Elçin Əlibəylinin özünün "El bizim, sirr bizim" verilişində Maral Tahirqızını qovması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı və hələ də mövzu ilə ona iradlar bildirənlər var.
Yeniavaz.com xəbər verir ki, teleaparıcı Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul etdiyini bildirərək ictimai çəkildə hər kəsdən üzr istəyib:
"İki məsələ ilə bağlı aydınlıq gətirmək və daha çox sizdən, üzr istəmək niyyətindəyəm. Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul edirəm və bir xanım kimi onunla o cür rəftar etməli deyildim. Sadəcə həmin vaxt mən onun qismində qadın yox, sənətə yüngüllük gətirən şəxslərin birləşmiş obrazını gördüm və bir növ partladım. Əlbəttə, bunu etməli deyildim, amma hər kəsin iş prosesində səhvi ola bilər. Bu baxımdan birinci hamınızdan, ayrıca Maral Tahirqızından sırf qadın olduğu üçün üzr istəyirəm.