"Qarabağ" UEFA reytinqində "Milan" və "Fiorentina"nı qabaqlayır


Klubların UEFA reytinqi açıqlanıb.

Avrokubokların pley-off mərhələsi başa çatdıqdan sonra siyahıda bəzi dəyişikliklər baş verib.

Lakin bunlar Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi “Qarabağ”dan yan keçib. İki matçın nəticəsinə görə Şimali İrlandiyanın “Linfild” klubunu (2:3, 2:1) səfər qolu sayəsində mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri 70-ci sırada qalıblar.

Azərbaycan çempionu mərhələ adlamaqla cari mövsümdəki qazancını da 3,000-ə çatdırıb. Son 5 ilə əsasən hesablanan reytinq xalı isə 20,000-a yüksəlib.

“Qarabağ” 69-cu olan “Styaua”dan 0,500 xal geridədirsə, 71-ci yerin şərikləri “Milan”, “Selta”, “Partizan” və “Fiorentina”nı 1,000 xal qabaqlayır.

Digər təmsilçilərimizdən “Qəbələ” 7,500 xalla 141-ci, “Neftçi” 3,750 xalla 270-ci sırada qərarlaşıb. “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,550 xalla 280-ci pillənin şərikləridir.

Qeyd edək ki, 421 komandanın yer aldığı cədvələ “Real” başçılıq edir – 121,000 xal. (APA)

DİGƏR XƏBƏRLƏR

Top