Məhkəmə qərarı ilə ölkədən çıxışına qadağa qoyulmuş şəxslər bu haqda daha asan yolla məlumat əldə edə bilərlər.
Vətəndaşların vergi, kredit, kommunal xidmətlər, eləcə də alimentə görə borcları ilə bağlı ölkədən çıxışına ''stop'' qoyulması ilə bağlı məlumatlar Daxili İşlər Nazirliyinin iki il əvvəl istifadəyə verdiyi internet portalından öyrənmək daha asandır.
Vətəndaşlar Nazirliyin ''mia.gov.az'' saytında müvafiq bölməyə bir sıra məlumatları daxil etməklə ölkədən çıxışa qadağanın olub-olmamasını müəyyən edə bilərlər.
Nazirliyin Baş Əməliyyat və Statistika, İnformasiya İdarəsinin baş inspektoru Raqif Abbaszadə deyir ki, vətəndaşlar sayta daxil olmaqla ''ölkədən getmək hüuqu müvəqqəti məhdudlaşdırılmış borclu barədə məlumatlar'' bölməsinə daxil olamaqla öz ad və soyadını yazıb yoxlaya bilər.
Şəxs barəsində axtarış elan edilmədiyi halda ekranın aşağı hissəsində yaşıl rəngdə "Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat yoxdur" cümləsi yazılır. ''Stop'' qoyulan şəxs isə borcunu müvafiq qaydada ödədikdə barəsində olan məhdudiyyət aradan qalxır.
Yeniavaz.com Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı hazırladığı videomaterialı təqdim edir: