Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin “Linfild”lə duelində qazanıblar.
Ötən həftə səfərdə 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada məğlubiyyətin əvəzini çıxa bilib.
Xayme Romeronun erkən qolu “Qarabağ”ı önə çıxarıb. Abdullah Zubir isə görüşün sonlarında ikinci qolu vurub. Artırılma dəqiqələrdə Şeyn Leyverinin dəqiq zərbəsi isə təsəllidən başqa bir şey olmayıb.
“Linfild” üzərində 2:1 hesablı qələbə “Qarabağ”a ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynamaq imkanı verib. 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində olduğu kimi yenə Avropa Liqasının qrupunda oynayacaq ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasının ən güclüləri sırasında mübarizə aparıb.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
29 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) - 2:1
Qollar: Romero, 6, Zubir, 88 - Leyveri, 90+3
Baş hakim: Sergey İvanov (Rusiya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 8. Bastiyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçel
Baş məşqçi: David Hili
Bakı. T.Bəhramov adına Respublıika stadionu
İlk oyun – 2:3
APA