Türkiyədə telefonunu təmir etdirən bir şəxs çox pul istədiyi üçün yaxınlarını çağıraraq ustanı döyüblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda bir vətəndaş mobil telefonunu təmir etdirmək üçün mağazaya yaxınlaşıb. Ancaq mağazada telefon ustası ilə qiymətdə razılaşmayaraq mübahisə etməyə başlayır. 30 tl (təxminən 10 manat) məbləğində pul üstündə düşən mübahisə böyüyüb. Telefon sahibi mağazadan uzaqlaşaraq hadisə yerinə yaxınlarını çağırıb. Qısa vaxtda dəyənək və bıçaqla silahlanmış 4 nəfər mağaza sahibini vəhşicəsinə döyməyə başlayıblar. Ağır yaralanan şəxs təcili xəstəxanaya çatdırılaraq başına 14 tikiş atılıb. Mağaza isə yarasız hala salınıb.