“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri sentyabrın əvvəlində bir neçə rayona ezam olunacaqlar.
“Azəriqaz” İB-dən Yeniavaz.com-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsilə göstərilməsini təmin etmək məqsədilə “Azəriqaz” İB-nin mühəndisləri sentyabrın 2-də bölgələrdə fəaliyyətə başlayacaq. Qurumun mühəndisləri Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarında 30 təqvim günü müddətində xidmət göstərəcəklər.